Yuxarı

Fransa prezidenti boşandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti Fransua Olland vətəndaş nikahında yaşadığı arvadı Valeri Trierveylerlə ayrılıb.

Məlumatı "Daily Mail" qəzeti cütlüyə yaxın olan mənbələrə istinadən yazıb.

Fransua Olland keşmiş arvadından prezidentin bütün rezidensiyalarını, o cümlədən, Yelisey sarayını tərk etməyi və Niderland kralı ilə Haaqada keçiriləcək görüşə gəlməməyi xahiş edib ("Gün.Az") .

V.Trierveyler həmin mərasimdə Fransanın birinci xanımı qismində iştirak etməli imiş.

Qeyri-rəsmi məlumatlara əsasən, V.Trierveyler və F.Olland öz gələcək münasibətlərinin müqəddəratı barədə prezident hələ Haaqaya yola düşməzdən qabaq görüşərək, danışıblar. İndi keçmiş birinci xanım dövlət başçısının Versalda yerləşən bağ evində istirahət edir.

Qəzetin yazdığına görə, Valeri Trierveyler hələ xəstəxanadan çıxandan sonra bir müddət reabilitasiya məqsədilə istirahət etməli olacaq.

Daha əvvəl xəbər verdiyimiz kimi, Fransa prezidenti ilə vətəndaş nikahında yaşayan Valeri Trierveyler həddindən artıq dərman həbi qəbul etdiyinə görə hospitala yerləşdirilmişdi.

Bu barədə məlumatı onun qohumları yayıb. Birinci xanım həbləri cümə günü, Fransua Ollandla barəsində eşq qalmaqalı söhbətləri yayılan aktrisa Jüli Qaye ilə münasibətlər haqqında söhbətləşəndən sonra qəbul edib.

Son məlumatlara əsasən, prezidentin sevgilisinin artıq dörd aylıq hamilə olduğu bildirilir.

Tarix
2014.01.21 / 12:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla