Yuxarı

Rusiya: “İŞİD Talibandan iki dəfə çox maaş verir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya: “İŞİD Talibandan iki dəfə çox maaş verir”

Rusiyanın Tacikistandakı səfiri İqor Lyakin-Frolov Əfqanıstanda İŞİD terrorçularının sayının 3500-ə çatdığını açıqlayıb.

Axar.az xəbər verir ki, səfir İŞİD-in Talibandan daha yüksək maaş verdiyini iddia edib.

"İŞİD əsasən terrorçu qruplaşmalardan muzdlu döyüşçülər toplayır. Təşkilatın əsas hədəfi fərqli silahlı qruplaşmalardan döyüşçü toplamaq və əfqan gəncləri sıralarına qatmaqdan ibarətdir. Görünür, təşkilat hədəfinə çatır. Hazırda Əfqanıstanda 3500 İŞİD üzvü var", - diplomat qeyd edib.

Təşkilatın Əfqanıstanda qısa müddət ərzində nüfuzunu yayaraq dərin kök atdığını deyən səfir artıq 30-a yaxın bölgədə vəziyyətin gərginləşdiyini qeyd edib:

"Təşkilatın cihad ideologiyası, Yaxın Şərqdə apardığı uğurlu mübarizə, sahib olduğu əhəmiyyətli maliyyə mənbələri əfqan gənclərin marağını çəkir. Bəzi mənbələrə görə, İŞİD Talibandan iki dəfə artıq maaş verir".

67 yaşlı diplomat İŞİD-in Tacikistan sərhədində çatdığını vurğulayıb.

Tarix
2015.10.23 / 21:44
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla