Yuxarı

Əliyevin əfv etdiyi türk: “Sanki yuxu görürəm”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti İlham Əliyevin son əfv sərəncamı ilə azadlığa çıxan türk TIR sürücüsü Mehmet Kılıçparlar Türkiyəyə gedib.

BAKU.WS-in məlumatına görə, 2007-ci ildə maşınında narkotik maddə aşkar edilən və bu vaxtdan Azərbaycanda məhkumluq həyatı yaşayan Kılıçparlar ailəsinə qovuşub. "Sanki yuxu görürəm. Həbs ediləndə 5 aylıq olan qızım Senuru qucağıma almaq gözəl bir duyğudur", - deyə əfv edilən sürücü bildirib.

Qeyd edək ki, Qaziantepdə yaşayan ailəsi Mehmet Kılıçparların saxlanılmasını aylar sonra televiziya proqramından həbsxanadan hazırlanan reportaj vasitəsilə öyrənib.

"Azərbaycanda türkləri çox sevirlər. Məni 2013-cü ildə ailəmlə görüşdürdülər. Mənim məsələm həm Türkiyə, həm də Azərbaycan prezidentlərinin diqqət mərkəzində idi. İlham Əliyevə, Rəcəb Tayyip Ərdoğana minnətdarlığımı bildirirəm", - deyə Mehmet Kılıçparlar vurğulayıb.

Qeyd edək ki, avtomobilində narkotik maddə tapılan Mehmet Kılıçparlar Azərbaycanda 8 il 1 ay cəza çəkdikdən sonra Azərbaycan prezidenti İlham Əliyev tərəfindən əfv edilib.

Tarix
2016.01.03 / 16:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla