Yuxarı

Britaniyada ilin qadını seçilən azərbaycanlı vəfat etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniyada ilin qadını seçilən azərbaycanlı vəfat etdi

Britaniya və dünyada tanınan xeyriyyəçilərdən olan azərbaycanlı xanım Kamila Batmanqılınc dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu barədə “Quardian” qəzeti məlumat yayıb.

Bildirilib ki, 61 yaşlı xeyriyyəçi uzun sürən xəstəlikdən sonra yanvarın 1-də vəfat edib.

Qeyd edək ki, Kamila Batmanqılınc 1 yanvar 1963-cü ildə Tehran şəhərində tanınmış ailədə anadan olub. O, İranın o dövrdə ən məşhur sərmayəçi və iş adamlarından olan azərbaycanlı Fridun Batmanqılıncın qızıdır.

12 yaşında İranı tərk edərək təhsil üçün Britaniyaya gedən Kamila ölkədə baş verən inqilab və bunun fonunda sərvətinin müsadirə edilməsi səbəbindən bir daha geri qayıtmayıb.

Britaniyada kimsəsiz uşaqlara yardım xeyriyyə cəmiyyəti təsis edən Kamila Batmanqılınc 11 min uşağa himayədarlıq edib. O, geniş maddi imkanının olmasına baxmayaraq, Londonun ən yoxsul məhəllələrindən birində yaşadığı və daima kimsəsiz, yoxsul uşaqların qayğısına qaldığına görə "Pekham məhəlləsinin mələyi" adlandırılıb.

Batmanqılınc 2006-cı ildə Britaniyada ilin qadını seçilib və adı Britaniyanın 100 ən nüfuzlu qadınının siyahısına düşüb.

Tarix
2024.01.03 / 12:47
Müəllif
Cavidan Elbars
Digər xəbərlər

Tufan Sadıqova qarşı ağır ittiham: Dövləti aldadıb...

Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...

Prezidentin ad günündən ailə - Fotosu

Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video

İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...

Qroznıda AZAL təyyarəsində həlak olanların xatirəsinə abidə...

Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video

ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev

Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!

Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla