Yuxarı

Ərdoğanın müşaviri: “ABŞ Rusiya ilə birləşib…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə İncirlik hərbi bazasını ABŞ-ın istifadəsinə bağlaya bilər.

Axar.az xəbər verir ki, bunu "Bu gün" qəzetinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Şərəf Malkoç deyib.

O, PYD-ni terror təşkilatı kimi görmədiyini açıqlayan ABŞ-ı tənqid edib:

"İslam coğrafiyasını və Osmanlını parçalamağı hədəfləyən Birinci Dünya müharibəsi, əslində, hələ də davam edir. Növbəti hədəf isə kürdləri bölüb-parçalamaqdır. Ondan sonra bəlkə Türkiyəni də parçalamaq istəyəcəklər. Bu ittifaqın içərisində Rusiya, İran və təəssüf ki, dost bildiyimiz ölkələr də var. PYD-ni terror təşkilatı saymayan ABŞ-a qarşı görüləcək tədbirlər çərçivəsində İncirlik bazasını bağlaya bilərik. Bizə dost olduğunu deyənlər düşmənçilik edənlər lazımı qarşılığını alacaq. ABŞ Suriyada Rusiya ilə birlikdə Türkiyə əleyhinə hərəkət edir. Bunun heç bir izahı yoxdur! Türkiyə bu məsələdə haqlıdır və bu haqlılığını hər yerdə söyləyəcək. Rusiya ilə ABŞ Suriya vasitəsilə Türkiyənin güclənməsinin qarşısını almağa çalışır. ABŞ-la Rusiya nə qədər razılaşsa belə, bu bölgədə çox qala bilməyəcəklər".

ABŞ İncirlik bazasından Suriya və İraqda İŞİD-ə qarşı istifadə edir.

Tarix
2016.02.19 / 13:36
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla