Yuxarı

Öcalanın Böyük Kürdüstan planının detalları açıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

PYD-nin Suriyanın Türkiyə ilə 900 km-lik sərhədlərini tutması və burada muxtar vilayət yaratması PKK lideri Abdullah Öcalanın layihəsidir.

Axar.az Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumat Şanlıurfada tutulan PYD terrorçusu Xalis B. ilə bağlı hazırlanmış cinayət işinin materiallarında yer alıb.

Öcalan 2013-cü ildə həbsxanada onu ziyarətə gələn Sülh və Demokratiya Partiyasının (indiki HDP – red.) rəsmilərinə Suriyanın Kobani, Afrin və Cəzirə vilayətlərinin tutulması və bu bölgələrdə özünüidarələrin yaradılması layihəsini verib.

Məhz bundan 5 ay sonra PYD-nin hərbi qanadı YPG sözügedən bölgələrə hücum edib və pilləli şəkildə muxtar vilayətlər yaratdığını açıqlayıb.

Bundan əlavə, Suriyanın Hələb, Rakka, Xüms, Həma və Dera vilayətlərində Bəşər Əsəd rejiminə məxsus tank və zirehli texnika 2015-ci ilin dekabrından etibarən şimaldakı kürd bölgəsinə göndərilib.

PYD-nin hazırda əlində olan silahları Şimali İraqa keçirməyi planlaşdırdığı bildirilir.

Qəzet qeyd edir ki, Rusiya, ABŞ və Əsəddən dəstək alan PKK Suriyadakı bölgəni İran, Türkiyə və İraqdakı digər 3 ərazi ilə birləşdirib "Böyük Kürdüstan" yaratmağı planlaşdırır.

Tarix
2016.02.22 / 12:11
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Böyük Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla