Yuxarı

Savaş artacaq: Yaxın Şərq silahlanmağa başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2006-2010-cu illərdən fərqli olaraq son beş ildə Yaxın Şərqdə silah idxalı 61% artıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Stokholm Sülh Problemlərinin Araşdırılması Beynəlxalq İnstitutu yayıb. Hesabata əsasən, son beş ildə regiona göndərilən silahların 27%-i Səudiyyə Ərəbistanının payına düşüb:

"Bu silahların 18%-i Birləşmiş Ərəb Əmirlikləri, 14%-i isə Türkiyəyə aid olub. Regiona ixrac edilən silahların 53%-i ABŞ-ın, 9,6%-i Böyük Britaniyanın, 8,2%-i Rusiyanın payına düşüb. BMT-nin embarqoları sayəsində son beş ildə İranın silah idxalında çox aşağı nəticəsi qeydə alınıb. Bir sıra dövlətlərin Yəmənə müdaxiləsi 2015-ci ildə ərəb koalisiyasında olan ölkələrin silah idxalını artırmasına səbəb olub. Bu ölkələr sırasında Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Misir yer alıblar. Ər-Riyad 2006-2010-cu illə müqayisə öz idxalını 275% artırıb. Ölkə 150 hərbi təyyarə, 1000 ədəd "hava-torpaq" tipli raket, ABŞ istehsalı olan tank əleyhinə raketlər, Britaniya istehsalı olan 14 ədəd hərbi təyyarə, Kanada istehsalı olan çoxlu sayda zirehli texnika sifariş verib.

BƏƏ 2001-ci ildən bu yana silah idxalını aktiv şəkildə atırır. Son illər ərzində rəsmi Əbu-Dabi silah idxalını 35% artırıb. 2006-2010 və 2011-2015-ci illərdə isə Qətərin silah alışı 279%-i keçib. Qətərin aldığı silahlar sırasında 24 hərbi vertolyot, 9 raketdən müdafiə sistemi, ABŞ istehsalı olan 3 radiolokasiya sistemi, Fransa istehsalı olan 24 ədəd hərbi təyyarə, Almaniya istehsalı olan 52 ədəd tank var. Misirin silah idxalı isə son illər ərzində 37% artıb".

Tarix
2016.02.23 / 09:09
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla