Yuxarı

Tarixin az tanınan 7 heyrətamiz silahı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarix insanların dağıdıcı ixtiraları ilə doludur. Onun ən bariz nümunələrindən biri isə müxtəlif silahların yaradılmasıdır.

Axar.az tarixin çox az məşhur olan 7 maraqlı silahını təqdim edir:

Yarasa bombaları – Bu bomba ABŞ tərəfindən İkinci Dünya Müharibəsi zamanı Yaponiyaya qarşı istifadə olunmaq üçün hazırlanıb. Layihəyə görə, bombanın içərisində 40 yarasa-partlayıcı olmalı idi. Bomba atılan zaman yarasalar uçmalı və özünə sığınacaq tapmalı, daha sonra partlamalı idi.

Tank əleyhinə itlər – 1941-ci ilin yayında Almaniya SSRİ-yə qəflətən hücum etdi. SSRİ Almaniyanın irəliləməsinin qarşısını almaq üçün tank əleyhinə itlərə kamikadze təlimləri keçməyə başladı. Sovet təbliğatına görə, bu metodla 300-ə yaxın alman tankı dağıdılıb. Tank əleyhinə itlərin hazırlanması 1996-cı ilə qədər davam edib.

Sualtı təyyarə gəmisi – İkinci Dünya Müharibəsinin ortalarında Yaponiya Sen Toku İ-400 sualtı təyyarə gəmisi hazırlamağa başladı. Bu gəmilər göyərtəsində 3 Aiçi M6A Seiran təyyarəsini daşımaq qabiliyyətinə malik idi. Gəmi eyni zamanda torpedolarla təchiz olunmuşdu. Bu təyyarə gəmisindən cəmi 3 ədəd hazırlanıb.

Nüvə artilleriyası – Adi nüvə silahı şəhərləri məhv etmə qabiliyyətinə malikdir. Soyuq müharibə zamanı taktiki nüvə silahları daha da inkişaf etdirilməyə başladı. Nüvə artilleriyası 1950-ci illərin sonunda ABŞ-da sınaqdan çıxarılıb. Bu, nüvə bombasının döyüş meydanlarına artilleriya silahları ilə daşınmasını nəzərdə tuturdu.

"Lun" ekranoplan təyyarəsi – uzunluğu 74 metr olan bu təyyarələr su və yer səthindən cəmi 4 metr məsafədə uçurdu. Təyyarə saatda 500 km sürətlə hərəkət edə bilirdi. Dəniz işində inqilab hesab edilən bu təyyarələr nüvə başlığı daşımaq qabiliyyətinə malik idi. Lakin onun kütləvi istehsalı həyata keçirilməyib.

"Kayten" torpedosu – Bu silah Yaponiya tərəfindən İkinci Dünya Müharibəsi zamanı yaradılıb və 1944-cü ildən 1945-ci ilə qədər fəaliyyət göstərib. Torpedo sualtı gəmiyə quraşdırılır və öz kursunu dəyişə bilir. Silah hədəfi maksimum məhv etmə qabiliyyətinə malikdir.

Göyərçinlə idarə olunan raketlər – Bu layihə İkinci Dünya Müharibəsi zamanı Berres Skinner tərəfindən Pigeon layihəsi çərçivəsində hazırlanıb. Layihəyə görə, hədəf elektron lövhədə görünən zaman göyərçin onu dimdikləməklə istiqaməti müəyyənləşdirməliydi. Lakin layihənin praktiki tətbiqi az ehtimal olduğu üçün özünü doğrultmayıb.

Tarix
2016.03.03 / 08:45
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla