Yuxarı

İranda edam qərarı verilən reperə görə aksiyalar keçirildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış reper Tumac Salehi barədə edam hökmünün çıxarılmasından sonra bir neçə ölkədə İran hakimiyyətinə qarşı aksiyalar keçirilib.

Axar.az xəbər verir ki, Cenevrə, Praqa, Stokholm, Malmö, Kopenhagen, Köln, Düsseldrof, Monreal, Vankuver, Vaşinqton, Nyu York və San Fransisko şəhərlərində iranlılar və insan haqları fəalları kütləvi aksiyalar keçirib.

Şəhərlərin mərkəzi meydanları və İranın diplomatik nümayəndəlikləri qarşısına toplaşan etirazçılar Tumac Salehi barədə çıxarılan edam hökmünün ləğv edilməsini tələb ediblər.

Onlar beynəlxalq ictimaiyyətə və dövlətlərə müraciət edərək, Tehran rejiminin edam cəzalarının qarşısını almaq üçün təzyiq göstərmələrini istəyiblər.

Qeyd edək ki, reper Tumac Salehi hökumətə qarşı etiraz aksiyası keçirənlərə dəstək məqsədilə oxuduğu mahnılarına görə 2022-ci il oktyabrın 30-da İran təhlükəsizlik məmurları tərəfindən həbs edilib. İran məhkəməsi onun barəsində edam hökmü çıxarsa da, işinə yenidən baxılıb, etirazçı reperin ölüm hökmü 6 il 3 ay həbs cəzası ilə dəyişdirilib.

Aprelin 24-də İsfahan şəhərinin İnqilab Məhkəməsinin 1-ci bölməsi tanınmış etirazçı reperin həbs hökmünü dəyişərək onun barəsində edam qərarı çıxarıb.

Tarix
2024.04.28 / 14:22
Müəllif
Cavidan Elbars
Şərhlər
Digər xəbərlər

İlham Əliyev bu rəsmi şəxsləri qəbul etdi

Putin Şoyqunu niyə MN-dən uzaqlaşdırdı? - 3 səbəb

Şuşada “Xarıbülbül”də nə baş verdi? - Video

Prezident Patrisiya Skotlendi qəbul etdi

Bakıda daha bir mühüm konfrans işə başladı

Hindistan yükləri Azərbaycan ərazisindən daşına bilər

Fransadan Bakı və İrəvana çağırış: Alqışlayırıq

Patruşev vəzifəsindən niyə azad edildi? - Korotçenko

Putin Şoyquya daha bir vəzifə verdi

Rusiya Azərbaycanla sərhəddən ordusunu niyə apardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla