Yuxarı

Nikol izah edir: Suyu masaya tökdü, üstünə dağıldı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan dövlətlə bağlı bugünkü söhbətini hüquq, yurisdiksiya, suverenlik və ərazi bütövlüyü mövzusuna həsr edib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Bunlar üçlüyün hissələridir, çünki demokratiyada suverenliyin ən vacib atributu odur ki, öz hüquq və öhdəliklərinin dairəsini məhz xalq müəyyən edir. Yəni xalqın hansı hüquq və vəzifələrə sahib olduğuna başqaları deyil, hər şeyə özü qərar verir”, - o bildirib.

Paşinyan qeyd edib ki, bu hüquq və öhdəliklərin hansı ərazidə tətbiq olunduğu barədə təsəvvürə malik olmaq da vacibdir:

“Buna ərazi bütövlüyü ilə birləşən yurisdiksiya deyilir ki, bu da mahiyyətcə hüquq və öhdəlikləri praktiki və icra edilə bilən edir. Ərazisi dəqiqləşdirilməmiş suverenlik, hüquq, hətta dövlətçilik də eroziyaya uğrayır, tətbiq olunmaz və hətta həyata keçirilməz hala gəlir. Yəni hüquq və vəzifələrin tətbiqi ərazinin spesifikliyi və ərazi bütövlüyü ilə birbaşa bağlıdır”.

Daha sonra Paşinyan söhbətinə aydınlıq gətirmək üçün su ilə doldurulmuş qrafinkanı götürərək stəkana su töküb:

“Təsəvvür edin ki, burda hüquq və öhdəliklər var. Onlar konkret formada yerləşdirilirsə, o zaman tətbiq oluna və həyata keçirilə bilər. Biz onlardan həyatda ehtiyaclarımızı ödəmək üçün istifadə edə bilərik”.

Baş nazir hüquq və vəzifələrin “istifadəsini” göstərərək bir qurtum su içib. Sonra o, hüquq və öhdəliklər formada əks olunmasa, nələrin baş verəcəyini təsəvvür etməyi təklif edib və qrafinkadan stolun üstünə su töküb.

Masadan su Paşinyanın paltarına tökülüb və o, davam edib:

“Onlar yararsız olur, bulanıqlaşır, problem və diskomfort hissi yaradır. Tavuş (Tovuzqala - red.) bölgəsində, demarkasiya və delimitasiya prosesində, sülh gündəliyində etdiklərimizin məqsədi məhz budur. Onun çərçivəsində vətəndaşların hüquq və vəzifələrinin dairəsi xeyli genişlənəcək, bu dördlük dövlətimizin inkişafının və mövcudluğunun açarına çevriləcək”.

Tarix
2024.04.30 / 14:27
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Lukaşenkonun Azərbaycana səfəri başa çatdı - Foto

Lukaşenko Füzuliyə getdi, Əliyev şəxsən qarşıladı - Video

Parisin Bakı açıqlamasından heyrətə gəldim - Klaçkov

Lukaşenkonun Bakıya görə Nikola bu sözləri... – Ekspert

Cənubi Qafqazda dayanıqlı sülhün əldə edilməsi...

İrəvan 100 milyonluq stansiyanı Bakıya verir?

Şuşa ilə bağlı bu görüntülər ilk dəfə yayıldı - Video

Kiranslılar qubernatorla görüşdən sonra yolu açdılar

MM-in komitəsi qərəzli qətnamə ilə bağlı bəyanat yaydı

Prezidentlər Cıdır düzündə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla