Yuxarı

Nazirlər Kabinetində müşavirə: Qarabağa qayıdış...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabinetində (NK) “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı 2023-cü ildə və 2024-cü ilin dörd ayı ərzində aparılan monitorinqlərin nəticələrinə dair müşavirə keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Qeyd olunub ki, Aparat rəhbəri Rüfət Məmmədovun rəhbərliyi ilə keçirilən müşavirədə Dövlət Proqramının icrası ilə bağlı aidiyyəti dövlət qurumlarının rəhbərlərinin müavinləri və digər məsul şəxslər iştirak ediblər.

Müşavirədə ötən il və bu ilin dörd ayı üzrə monitorinq hesabatları təqdim olunub, təkliflər dinlənilib və Dövlət Proqramının növbəti mərhələdə qarşıda duran vəzifələrinin icrasına dair müzakirələr aparılıb.

Müzakirələr zamanı müşahidə olunan əsas çətinliklər və növbəti müddətdə diqqət yetirilməli istiqamətlər vurğulanıb, Dövlət Proqramının icrası müddətində həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələrin, aparılan quruculuq işlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsini və əhalinin dayanıqlı məskunlaşmasını təmin edəcəyi qeyd olunub.

Müşavirədə, həmçinin, Nazirlər Kabinetinin 2023-cü il 13 dekabr tarixli 942s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-26-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar əhalinin qayıdış ardıcıllığı nəzərə alınmaqla məşğulluq imkanlarının qiymətləndirilməsi və vakansiyalar üzrə işin aparılması, peşə təhsilinin və hazırlığının təşkili, ictimai işlərə və özünüməşğulluq proqramına cəlb edilməsi və digər bu kimi aktiv proqramların dəstəklənməsi istiqamətində işlərin icrasının gedişi barədə də müzakirələr aparılıb.

Dövlət Proqramının icrasına nəzarət işlərinin operativ və dayanıqlı həlli üçün aidiyyəti dövlət qurumlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

Tarix
2024.05.17 / 16:56
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Şahbaz Şərifi Xankəndidə qarşıladı

Kiyevdə Azərbaycan restoranı darmadağın edildi - Foto

Bu ölkələrin başçıları Xankəndidədir

Rusiya Bakıya doğru “barışıq addımı” atdı - Kommersant

Milli Məclisin növbəti iclası başladı

İlham Əliyev Donald Trampı təbrik etdi

Azərbaycan diasporunun fəaliyyəti yoxlanılsın - Mironov

DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir?

Bayramov Xankəndidə Pakistan XİN başçısı ilə görüşdü

Prezident Ağdam səfəri ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla