Müdafiə Nazirliyinin "N" saylı hərbi hissələrindən birinin bölük komandiri kapitan Ağamali Pənahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Axar.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hökm elan edilib.
Hökmə əsasən, A. Pənahov 9 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, kapitan A. Pənahov bölükdə xidmət edən hərbçilərdən rüşvət almaqda ittiham olunur.
Pənahova qarşı Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.3 (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;), 232.2.1 (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə), 232.2.3 (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;) və 311.3.2-ci (təkrar rüşvət alma, təkrar törədildikdə) maddələri ilə ittiham olunur.