Yuxarı

“AzerGold”un daha bir sosial layihəsi uğurla icra edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AzerGold" QSC-nin təşkilatçılığı ilə həyata keçirilən "Şəhid və müharibədə yaralananların ailə üzvlərinin iqtisadi inkişafına dəstək" layihəsi çərçivəsində qənnadçı-şirniyyatçı peşəsi üzrə 2 aylıq intensiv təlimlər başa çatıb.

İyunun 30-da peşə təlimi proqramını uğurla tamamlayan müdavimlərin Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Qeyri-formal və informal təhsilin tanınması” serfitikatları ilə təltif olunması mərasimi keçirilib.

Gəncə şəhərində təşkil olunmuş tədbirdə “AzerGold”un İdarə Heyətinin üzvü - sədrin müavini, Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Xəyyam Fərzəliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Qocayev, İqtisadiyyat Nazirliyinin, Yeni Azərbaycan Partiyasının, “Honey Cake Studio” kulinariya incəsənət məktəbinin nümayəndələri və digər ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Tədbir peşə təlimi proqramında iştirak etmiş Gəncə şəhəri, Daşkəsən, Göygöl və Samux rayonlarından olan, həssas əhali qrupuna aid 15 nəfər evdar qadının hazırladığı qənnadi məmulatlarının dequstasiyası ilə başlayıb. Tədbir iştirakçıları təqdim olunan şirniyyatları böyük məmnuniyyətlə dadaraq, onların keyfiyyətini yüksək qiymətləndiriblər.

Tədbirin rəsmi hissəsində şəhid və müharibədə yaralananların ailə üzvlərinin hərtərəfli diqqət və qayğı ilə əhatə olunmasına xidmət edən layihənin dövlətimizin sözügedən istiqamətdə yürütdüyü ardıcıl, düşünülmüş siyasətə əlavə töhfə vermək, həssas kateqoriyaya aid vətəndaşlarımızın sosial müdafiəsini gücləndirmək, onların iqtisadi müstəqilliyinin, sosial fəallığının artırılmasına dəstək olmaq məqsədi daşıdığı bildirilib. Peşə təlimi proqramında iştirak etmiş qadınların qənnadçı-şirniyyatçı peşəsi üzrə əmək fəaliyyətinə cəlb edilməsi istiqamətində layihənin digər tərəfdaşları tərəfindən müvafiq dəstək tədbirlərinin həyata keçirilməsinə başlanıldığı bildirilib.

Tədbirdə, həmçinin təlim proqramının yekunu olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Qeyri-formal və informal təhsilin tanınması” imtahanında iştirak edib uğur qazanan müdavimlərə peşəkar fəaliyyətə imkan yaradan sertifikatlar təqdim olunub.

Şəhid ailəsi üzvü və müharibə iştirakçıları “AzerGold”un korporativ sosial məsuliyyət layihələri çərçivəsində əsas hədəf kateqoriyalarından biri olaraq müəyyən edilib və onların sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş layihələr həyata keçirilir. Bu layihələrə müxtəlif istiqamətlər üzrə təlimlər, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, maddi yardımlar, sağlamlıq aksiyaları, daimi işlə təminat və digər sosial proqramlar daxildir.

Tarix
2025.07.04 / 18:17
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla