Yuxarı

Bakı daha bir mühüm konfransa ev sahibliyi edəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-ci sessiyası 2026-cı ilin aprelində Bakıda keçiriləcək.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini, ESCAP-in icraçı katibi Armida Salsiah Alişahbana İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, qlobal çağırışların artdığı bir dövrdə regional əməkdaşlığın rolu hər zamankından daha vacibdir:

“Bu kontekstdə gələcək müzakirələr üçün üç əsas təklifi vurğulamaq istərdim. Birincisi, milli, subregional və regional səviyyələrdə siyasət uyğunluğunu və koordinasiyanı gücləndirmək məqsədilə regional platformaların qurulması və möhkəmləndirilməsi vacibdir. Məsələn, ECO-nun yeni strategiyası milli iqlim hədəfləri ilə uyğunlaşdırıla bilər.

İkincisi, iqlim dəyişikliyinin ölkələrə təsirini nəzərə alaraq, xüsusilə transsərhəd nəticələrə malik daşqınlar, quraqlıq və buzlaq təhlükələrinə qarşı ortaq risk qiymətləndirmə çərçivəsinin, erkən xəbərdarlıq sistemlərinin və regional cavab koordinasiyasının yaradılması və ya təkmilləşdirilməsi zəruridir.

Üçüncüsü, davamlı və iqlimə davamlı gələcək baxışını əməkdaşlığın bütün sahələrinə inteqrasiya etməli, daha böyük siyasət uyğunluğu və sektorlararası sinerji təmin edilməlidir”.

A.Alişahbana çıxışının sonunda 82-ci ESCAP Komissiya Sessiyasının 2026-cı ilin aprelində Bakıda keçiriləcəyini elan edərək, bu mühüm təşəbbüs və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Tarix
2025.07.04 / 16:14
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla