Yuxarı

Zəmanət veririk, İran heç vaxt bunu əldə etməyəcək - ABŞ

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İranın heç vaxt nüvə silahına sahib olmayacağına dair hər cür zəmanət verir.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Əli Xameneinin müşaviri Kamal Xərrazinin İranın nüvə doktrinasını dəyişə biləcəyi ilə bağlı çıxışına cavabında deyib.

Xameneinin müşavirinin bəyanatını məsuliyyətsiz adlandıran Miller Vaşinqtonun problemi diplomatiya yolu ilə həll etməkdə maraqlı olduğunu söyləyib:

“ABŞ prezidenti və dövlət katibinin dediyi kimi, bütün variantlar masa üzərindədir. Birləşmiş Ştatlar bütün vasitələrdən istifadə edərək, İranın nüvə silahına sahib olmasının qarşısını almaq məqsədi güdür. İran liderlərinin bütün dünyada fəaliyyətinin intensivləşməsini, o cümlədən Atom üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq etməmələrini nəzərə alsaq, biz indi diplomatiyadan uzağıq”.

Qeyd edək ki, İran dini lideri Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Kamal Xərrazi Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində İranın nüvə silahı əldə etmək gücünə malik olduğunu, İsrailin İrandakı nüvə obyektlərinə hərbi hücumu halında Tehranın nüvə doktrinası barədə qərarını dəyişəcəyini deyib.

Tarix
2024.05.10 / 10:51
Müəllif
Cavidan Elbars
Şərhlər
Digər xəbərlər

Mierinya səfərə fərqli başladı: Əvvəlcə Şuşa, sonra...

Bu ölkənin şirkətləri də Qarabağda çalışa bilər

Rəisinin helikopterinin vurulması ehtimalı... - Türk ekspert

İranın Bakıdakı səfirliyində matəm kitabı açılacaq

Ərdoğan İlham Əliyevə zəng etdi

Bakı və Tiflis arasında kritik görüş oldu

Rəisinin helikopterinin siqnalı ya sönülü olub, ya da...

Hərbi xidmətlə bağlı tibbi müayinənin aparılması qaydası

Mincivan qəsəbəsinə nə qədər əhali köçürüləcək?

Şeyx Xameneiyə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla