Yuxarı

Piterdə çaya düşənlər üçün suya atılan 3 müsəlman...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Batan sərnişinlərin köməyinə ilk gələn gənclər İdris İsmatulla oğlu Hacıyev, Şahban Cəbrayıl oğlu Cəbrayılov və Məhəmməd Ramazan oğlu Həsənovdur. Onların hamısı Dağıstandandır.

Axar.az xəbər verir ki, bu sözləri Dövlət Dumasının deputatı Biysultan Həmzəyev öz Teleqram kanalında Sankt-Peterbirqda çaya düşən avtobus haqda qeyd edib.

Deputat bildirib ki, hər 3 gənc tikinti sənayesində işləyir, həmin vaxt da cümə namazına gedirlərmiş.

İdris Hacıyev Rusiya mediasına bildirib ki, öz hərəkətini qəhrəmanlıq hesab etmir:

“Biz məscidə cümə namazına gedirdik və körpüyə çatmazdan əvvəl avtobusun kanala düşdüyünü gördük. Tez yuxarı qaçdıq. Artıq suya atılmamaq variantı yox idi, çünki vəziyyət elə idi ki, insanlara 100% kömək etmək lazım idi. Bu qəhrəmanlıqdır? Məncə, yox, inanıram ki, hər bir insan çətinliyə düşən insana kömək etməlidir. Bacardığımız qədər kömək etdik”.

Qeyd edək ki, qəza nəticəsində avtobusda olan 20 sərnişindən 6-sı ölüb.

Rusiya mediası avtobus sürücüsünün tacikistanlı 44 yaşlı Rəhmətşah Qurbanov olduğunu yazıb.

Tarix
2024.05.10 / 21:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mierinya səfərə fərqli başladı: Əvvəlcə Şuşa, sonra...

Bu ölkənin şirkətləri də Qarabağda çalışa bilər

Rəisinin helikopterinin vurulması ehtimalı... - Türk ekspert

İranın Bakıdakı səfirliyində matəm kitabı açılacaq

Ərdoğan İlham Əliyevə zəng etdi

Bakı və Tiflis arasında kritik görüş oldu

Rəisinin helikopterinin siqnalı ya sönülü olub, ya da...

Hərbi xidmətlə bağlı tibbi müayinənin aparılması qaydası

Mincivan qəsəbəsinə nə qədər əhali köçürüləcək?

Şeyx Xameneiyə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla