Yuxarı

Makron istefa verə bilər: müzakirə gedir – Təcili

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makron istefa verə bilər: müzakirə gedir –

Fransa Prezidenti Emmanuel Makron komandası ilə parlament seçkilərində sağçılarının qalib gələcəyi təqdirdə dövlət başçısı vəzifəsindən istefa vermək imkanını müzakirə edir.

Axar.az xəbər verir ki, bu barədə “Avropa 1”(Europe 1) radiostansiyası mənbəyə istinadən məlumat yayıb.

“Prezidentin istefası tabu deyil. Bəli, bu gün biz bütün ssenariləri nəzərdən keçirməliyik. O, beş illik səlahiyyət müddətinin sonunu qurban verməyə hazırdır”, - radio Makronun yaxın adamlarından birinin sözlərinə istinadla bildirib.

İddia olunur ki, Makron son həftələrdə həmsöhbətlərindən biri ilə bu “ekstremal ssenari”ni müzakirə edib.

Qeyd edək ki, Avropa Parlamentinə keçirilən seçkilərdə sağçılara sarsıdıcı məğlubiyyətdən sonra Makron parlamenti buraxıb və növbədənkənar seçki təyin edib. Fransada növbədənkənar parlament seçkisinin birinci turu 30 iyunda, ikinci turu isə 7 iyulda keçiriləcək.

Tarix
2024.06.11 / 10:28
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla