Yuxarı

Trampın sülh planına Kiyevdən reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna aydın başa düşür ki, Rusiya ilə müharibəyə son qoymaq üçün istənilən plan beynəlxalq hüquqa əsaslanmalıdır və dünya ədalətli olmalıdır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak ABŞ prezidentliyinə namizəd Donald Trampın müşavirlərinin Ukraynada müharibəyə son qoymaq üçün hazırladığı sülh planını şərh edərkən bildirib.

"Müharibə Rusiyanı məsuliyyətə cəlb etmədən bitə bilməz", - o vurğulayıb.

Onun sözlərinə görə, 28 aydır davam edən müharibənin hazırkı cəbhə xəttində dondurulması qəribə olardı, çünki Rusiya beynəlxalq hüququ pozub və Ukrayna ərazisində yerləşir:

"Ukraynanın tamamilə aydın mövqeyi var və bu, Prezident Zelenskinin təklif etdiyi sülh düsturunda açıq şəkildə ifadə olunub, sülhün yalnız ədalətli və beynəlxalq hüquqa əsaslana biləcəyini açıq şəkildə ifadə edir".

Qeyd edək ki, daha öncə Donald Trampın iki əsas müşaviri - Keyt Kelloq və Fred Fleyts noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynada müharibəyə son qoymaq planını ona təqdim ediblər. Sülh planı Ukraynanın yalnız sülh danışıqlarına girəcəyi təqdirdə daha çox Amerika silahı əldə edə biləcəyini nəzərdə tutur. Həmçinin Rusiyaya xəbərdarlıq da planın tərkib hissəsidir.

Tarix
2024.06.26 / 10:00
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Bayramov BMT-nin 79-cu sessiyasında çıxış edir

İsrail Livana kömək edir: İran ciddi sınaq qarşısında qaldı

Qadınla əlbir olub 700 mini mənimsəyən Hüseyn - Foto

Rəsmi Bakıdan Stanonun iddiasına cavab

Üç ölkənin Gürcüstanda hərbi təlimi başa çatdı - Foto

Ermənistandakı missiyanın işi ilə bağlı bəyanata reaksiya

Ölkədə maliyyə piramidası şəbəkəsi ifşa edildi - Video

Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – General

Əliyev Szinpinə məktub göndərdi

İranla Ermənistanın Araz çayı ilə bağlı planı - Müzakirə...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla