Yuxarı

İlham Əliyevin Paşinyanla görüşü ola bilər - Lavrov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan liderləri arasında görüş barədə qərar onların öz ixtiyarındadır, Moskva öz öhdəliklərini yerinə yetirməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu Yorkda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Report-un sualını cavablandırarkən deyib.

Nazir bildirib ki, oktyabrda baş tutacaq BRİKS sammiti çərçivəsində Rusiyanın təşəbbüsü və iştirakı ilə üçlü görüş baş tuta bilər:

"Əgər onlardan təklif gələrsə, biz hər zaman bu danışıqları aparmağa hazırıq. Bu, onların öz ixtiyarındadır, görüşmək istəsələr, biz hazırıq.

2020-ci ilin noyabr ayının əvvəlində iştirakımızla razılaşdırılanları həyata keçirməyə də həmişə hazırıq. İki il ərzində Rusiya, Azərbaycan və Ermənistan liderləri üç dəfə görüşüblər. Üçtərəfli işçi qrupu yaradılıb, nəqliyyat və kommunikasiyaların bərpası, sərhədlərin demarkasiyası, delimitasiyası və sair mexanizmlər üzərində birgə işləmişik. Biz çiyin-çiyinə durmağa və orada təsbit olunmuş bütün öhdəliklərə əməl etməyə hazırıq".

Tarix
2024.09.28 / 22:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrail Livana kömək edir: İran ciddi sınaq qarşısında qaldı

Qadınla əlbir olub 700 mini mənimsəyən Hüseyn - Foto

Rəsmi Bakıdan Stanonun iddiasına cavab

Üç ölkənin Gürcüstanda hərbi təlimi başa çatdı - Foto

Ermənistandakı missiyanın işi ilə bağlı bəyanata reaksiya

Ölkədə maliyyə piramidası şəbəkəsi ifşa edildi - Video

Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – General

Əliyev Szinpinə məktub göndərdi

İranla Ermənistanın Araz çayı ilə bağlı planı - Müzakirə...

Xəzərdə nə baş verir? 200 ildir araşdırma aparılır, lakin…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla