Yuxarı

SEPAH neftdən əldə etdiyi qazancı buna xərcləyib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ iyunun 25-də İran İslam Respublikasının hərbi qüvvələrinə milyardlarla dollar vəsaitin köçürülməsində iştirak etdiklərinə görə 50-yə yaxın şəxs və təşkilata sanksiya tətbiq edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu şəxslər və qurumlar İslam İnqilabı Keşikçiləri Korpusunun, eləcə də İran Müdafiə Nazirliyinin istifadə etdiyi “kölgə bank şəbəkəsi” yaradıblar.

“Bu bank şəbəkəsi SEPAH və Müdafiə Nazirliyinə beynəlxalq maliyyə sisteminə çıxış təmin edib. İki qurum da 2020-ci ildən bəri neft və neft-kimya məhsullarının satışı ilə əldə etdiyi milyardlarla dollar vəsaitin köçürülməsinə yardımçı olub”, - məlumatda bildirilib.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, SEPAH və Müdafiə Nazirliyi öz gəlirlərini İranın mübadilə şəbəkələri və xarici örtük şirkətləri vasitəsilə Yəmən husiləri də daxil olmaqla, İranın regiondakı proksi qruplarına maliyyə dəstəyi və silah-sursat üçün xərcləyiblər.

Nazirlik bəyanatının sonunda SEPAH və Müdafiə Nazirliyinin bu imkanlarından Rusiyaya pilotsuz təyyarələr ötürmək üçün istifadə ediyini də vurğulayıb.

Tarix
2024.06.26 / 10:32
Müəllif
Cavidan Elbars
Şərhlər
Digər xəbərlər

Bayramov BMT-nin 79-cu sessiyasında çıxış edir

İsrail Livana kömək edir: İran ciddi sınaq qarşısında qaldı

Qadınla əlbir olub 700 mini mənimsəyən Hüseyn - Foto

Rəsmi Bakıdan Stanonun iddiasına cavab

Üç ölkənin Gürcüstanda hərbi təlimi başa çatdı - Foto

Ermənistandakı missiyanın işi ilə bağlı bəyanata reaksiya

Ölkədə maliyyə piramidası şəbəkəsi ifşa edildi - Video

Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – General

Əliyev Szinpinə məktub göndərdi

İranla Ermənistanın Araz çayı ilə bağlı planı - Müzakirə...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla