Yuxarı

Fransanın yeni hökuməti: iki erməni nazir oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024.09.21. 22:41

Fransa hökumətinin yeni tərkibi bir neçə həftəlik gərgin məsləhətləşmələrdən sonra təsdiq və elan edilib.

Axar.az xəbər verir ki, nazirlərin siyahısını Fransa Prezident Administrasiyasının rəhbəri Aleksi Koler açıqlayıb.

Demokratik Hərəkat Partiyasından Avropa məsələləri üzrə keçmiş nazir Jan-Noel Barro yeni xarici işlər naziri təyin edilib. O, Avropa Komissiyasının vitse-prezidenti təyin edilən Stefan Sejurneni əvəzləyib.

Sebastyan Lekornu Fransa Silahlı Qüvvələri naziri postunu qoruyub, yeni hökumətdə də vəzifəsinə davam edəcək.

Didye Miqot Fransanın ədliyyə naziri, Bruno Retaillot isə daxili işlər naziri olub.

Hökumətə erməni əsilli iki nazir də daxil edilib: Astrid Panosyan-Buvet əmək və məşğulluq naziri, Giyom Kasparyan isə dövlət qulluğu işləri, dövlət fəaliyyətinin sadələşdirilməsi və transformasiyası naziri təyin edilib.

Tarix
2024.09.22 / 00:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlqar Məmmədov uduzdu və siyasətdən getdi

Bakının axtardığı, İrəvanda saxlanılan Lapşindən son xəbər

Bu qadınlar millət vəkili oldu - Siyahı

Blinkendən Əliyevə: Bu, nəyə nail ola biləcəyimizə sübutdur

Blinken İlham Əliyevi təbrik etdi

Prezident sərəncam imzaladı

İlham Əliyev Malta prezidentini təbrik etdi

Heç bir düşmən buna cəsarət edə bilməz – Pezeşkian

III Qarabağ savaşı: 1 il keçdi və hər şey bitdi? - Markedonov

Bu, Azərbaycan üçün çox vacibdir - Uorlik

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla