Yuxarı

Siciliya sahillərində batan yaxtada məxfi məlumatlar olub?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 19-da Siciliya sahillərində qəzaya uğrayan Bayesian yaxtasının göyərtəsində Qərb kəşfiyyat xidmətləri ilə bağlı məxfi məlumatlar ola bilər.

Axar.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yaxtanın su keçirməyən seyfləri olub ki, orada gizli məlumatlar olan iki super şifrəli diskin saxlandığı ehtimalı var. Bu məlumatlar dünya üzrə kəşfiyyat orqanları üçün maraqlı ola biləcəyi üçün dalğıclar gəminin qalıqlarının təhlükəsizliyini gücləndirməyi xahiş ediblər.

Bildirilib ki, əvvəlcə yerli hüquq-mühafizə orqanlarının əməkdaşları oğruların yaxtadan qızıl-zinət əşyaları və digər qiymətli əşyaları oğurlamağa cəhd edə biləcəyindən ehtiyat ediblər. Lakin indi onları daha çox məxfi məlumatların təhlükəsizliyi narahat edir. Dalğıclar səlahiyyətlilərdən gəminin təhlükəsizliyini gücləndirməyi və digər məsələlərlə yanaşı, sualtı müşahidə sistemindən istifadə etməyi xahiş ediblər.

Tarix
2024.09.21 / 23:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlqar Məmmədov uduzdu və siyasətdən getdi

Bakının axtardığı, İrəvanda saxlanılan Lapşindən son xəbər

Bu qadınlar millət vəkili oldu - Siyahı

Blinkendən Əliyevə: Bu, nəyə nail ola biləcəyimizə sübutdur

Blinken İlham Əliyevi təbrik etdi

Prezident sərəncam imzaladı

İlham Əliyev Malta prezidentini təbrik etdi

Heç bir düşmən buna cəsarət edə bilməz – Pezeşkian

III Qarabağ savaşı: 1 il keçdi və hər şey bitdi? - Markedonov

Bu, Azərbaycan üçün çox vacibdir - Uorlik

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla