Yuxarı

MOSSAD hədələdi, İran Xamenei ilə bağlı tədbir gördü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın dini rəhbəri Əli Xameneinin bu gün cümə namazında çıxışının planlaşdırılması səbəbindən paytaxt Tehranda təhlükəsizlik tədbirləri gücləndirilib.

Axar.az xəbər verir ki, bu barədə yerli sosial media platformalarında paylaşımlar edilib.

Bildirilib ki, polis qüvvələri ilə yanaşı, xüsusi təyinatlılar və mülki geyimli təhlükəsizlik məmurlarının da sayı artırılıb.

"Cümə namazı qılınacaq bölgəyə aparan bütün yollarda postlar qurulub, hökumət qüvvələri səfərbər edilib və partlayıcı aşkarlayan itlər cəlb edilib", - məlumatlarda vurğulanıb.

Qeyd edək ki, Əli Xamenei sonuncu dəfə 2020-ci ilin yanvarında Qasım Süleymaninin öldürülməsindən sonra cümə namazında iştirak və çıxış edib.

Bugünkü iştirak isə Xameneinin 35 illik rəhbərliyi dövründə cümə namazında 42-ci iştirak və çıxışı olacaq.

Xatırladaq ki, MOSSAD Xameneini bugünkü cümə namazının "sonuncu" olacağı ilə bağlı təhdid edib.

Tarix
2024.10.04 / 12:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu sənədləri təqdim edənə 6 min manat veriləcək

İlham Əliyev Cəbrayılda mühüm mesaj verdi

Prezident və xanımı Cəbrayılda yaşayış kompleksinin açılışında...

Xalqımız əzab-əziyyət içində yaşayanlara göstərdi ki...

Bu məqalənin müəllifi Əli Kərimli deyilmiş - Foto

QHT-lər Adam Şiffə açıq məktub yazdı

Prezident Ermənistana xəbərdarlıq etdi

Sanksiya tətbiq edir, sonra deyir ki, dostluğu möhkəmləndirək...

Bu nankorluğun dərəcəsi var, yoxsa yox?! - Əliyev

Prezident şok faktı açdı: Səhər mən o müraciəti vərəqlədim...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla