Yuxarı

Rusiya 12 saat dayanmadan Kiyevi vurdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın paytaxtı Kiyevə kütləvi hava hücumu olub.

Axar.az xəbər verir ki, oktyabrın 5-i axşam saatlarından başlayaraq növbəti gün səhərə qədər Rusiya ordusu Kiyevə kamikadze dronları ilə hücum edib.

Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Ruslan Kravçenkonun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan dronların qalıqları Kiyev vilayətinin 6 rayonu ərazisinə düşüb:

“Düşmən bizim Kiyev bölgəsinə zərbələr endirməkdə davam edir. On iki saatdan çox davam edən həyəcan siqnalı çalınıb”.

Dağıntılar və xəsarət alanların olduğu barədə məlumat dəqiqləşdirilir.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinin yaydığı məlumata görə, oktyabrın 6-na keçən gecə Rusiya ordusu müxtəlif növ raketlərdən və hücum PUA-larından istifadə edərək Ukraynaya kütləvi hücuma keçib. Ümumilikdə Ukrayna hərbçiləri düşmənin 90-dan çox hava hədəfini aşkar edib.

Ukrayna Hərbi Hava Qüvvələri aviasiya, zenit-raket qüvvələri, elektron döyüş bölmələri və mobil atəş qruplarının köməyilə hücumu dəf edib. Döyüş nəticəsində müxtəlif bölgələrdə iki raket və 56 kamikadze PUA məhv edilib.

Tarix
2024.10.06 / 14:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin ABŞ-ı sərt tənqidi – Niyə indi, nə baş verir?

Bu adama, onun titullarına, mövcudluğuna tüpürdüm

Ermənipərəst qüvvələr xam xəyala düşüb - Qafarov

ABŞ-ın məkrli planı: Bakıdan İrəvana təslim olmasını istəyirlər

İsraillə İranın birbaşa savaşı başlayır: nələr olacaq?

Ermənistan seçim etməlidir - XİN

Bu, bütün azərbaycanlıların qürur mənbəyidir - Əmirbəyov

Bakıya bir həftədə II zərbə: Biz nəyi və niyə gözləyirik?

Ermənistan və Fransanın addımları iflasa uğradı - Bakı

Məmmədov Türkiyədə siyasi məsləhətləşmələr apardı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla