Ana səhifə Planet |
Ərəb Dövlətləri Liqası (LAS) və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr Ər-Riyadda keçirilən Yaxın Şərqdəki vəziyyətlə bağlı təşkilatların növbədənkənar sammitinin yekun bəyanatını qəbul ediblər. Görüş iştirakçıları Qəzza zolağında və Livandakı münaqişələrlə bağlı ortaq mövqe hazırlayıblar.
Axar.az xəbər verir ki, xüsusilə ölkələr Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə regionda nizamlanmaya dair danışıqların uğursuzluğuna görə İsrailin məsuliyyət daşıdığını bildiriblər.
“Biz Qəzza zolağında dərhal və daimi atəşkəsə nail olunması, girov və məhbusların azad edilməsi üçün Misir və Qətərin Birləşmiş Ştatlar ilə əməkdaşlıqda göstərdiyi böyük və mühüm səylərə dəstəyimizi bir daha təsdiqləyirik, bu səylərin uğursuzluğuna görə israilin məsuliyyət daşıdığını bəyan edirik”, - bəyanatda bildirilib.
Tarix
2024.11.12 / 00:23
|
Müəllif
Didəm Qədirova
|