Azərbaycanlıların sevimli qidası şəkər xəstəliyi yaradır
02:22
Ana səhifə Planet |
İlon Maskın siyasi komitəsi “America PAC” prezidentlik kampaniyası zamanı respublikaçı namizəd Donald Trampı dəstəkləmək üçün təxminən 200 milyon dollar xərcləyib.
Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, pullar əsasən nadir hallarda səs verən vətəndaşları və ilk dəfə seçkilərdə iştirak edən seçiciləri cəlb etmək üçün ayrılıb.
“Bu, ABŞ-da milyarderlərin seçkilərə necə təsir göstərə biləcəyinə dair yeni standart müəyyən etdiyini göstərir", - agentlik bildirib.
Qeyd olunub ki, Tramp prezidentlik yarışı zamanı Maskın köməyini yüksək qiymətləndirib və ola bilsin ki, milyarder yeni administrasiyada əsas rollardan birini oynayacaq.
Tarix
2024.11.12 / 11:17
|
Müəllif
Axar.az
|