Azərbaycanlıların sevimli qidası şəkər xəstəliyi yaradır
02:22
Ana səhifə Planet |
Hindistanın Kosmik Müdafiə Agentliyi kosmosda artan təhlükələrə qarşı necə mübarizə aparacağını yoxlamaq üçün ilk təliminə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi məlumat yayıb.
“İlk təlim kosmosda milli strateji məqsədlərin təhlükəsizliyinin təmin edilməsinə və Hindistanın kosmik imkanlarının ölkənin silahlı qüvvələrinin hərbi əməliyyatlarına inteqrasiyasına xidmət edəcək”, - məlumatda qeyd olunub.
“Antariksha Abhyas 2024” adlı təlimdə Müdafiə və Kosmik Agentliyi, Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik Agentliyi, Strateji Nüvə Qüvvələri Komandanlığı, Kosmik Tədqiqatlar Təşkilatı, Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı, Baş Qərargah, Hərbi Hava və Dəniz Qüvvələri iştirak edir.
Tarix
2024.11.12 / 13:15
|
Müəllif
Axar.az
|