Yuxarı

Akopyanın köməkçisi Qətərdə “mini”də - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Akopyanın köməkçisi Qətərdə “mini”də - Foto

Ermənistanın Baş naziri Nikol Paşinyanın vətəndaş nikahında olduğu həyat yoldaşı Anna Akopyan beynəlxalq səfərlər üçün etik qaydalar toplusunu dərc etdikdən cəmi bir neçə gün sonra onun nümayəndə heyətinin üzvü həmin qaydaları pozub.

Axar.az xəbər verir ki, bu baradə Ermənistan mediası yazıb.

Məlumata görə, Qətərə səfər zamanı “Mənim addımım” Fondunun direktor müavini Talin Topalakyan rəsmi tədbirlərdə müsəlman ölkəsinin adət-ənənələrinə zidd olan qısa ətəkdə iştirak edib. Bu hadisə geniş ictimaiyyət tərəfindən tənqid edilib, xüsusilə də nümayəndə heyətinə birbaşa rəhbərlik edən Anna Akopyanın özünün ABŞ səfərindən sonra diplomatik etiket qaydalarına dair təlimat dərc etdiyi nəzərə alınarsa, vəziyyət daha da qəribə görünüb.

Ermənistanın Qətərdəki sabiq səfiri Vaaqn Melikyan bildirib ki, baş nazirin həyat yoldaşının köməkçisinin Qətər ənənələrinə uyğun olmayan geyimi çox mənfi təəssürat yarada bilər.

Diplomat xatırladıb ki, etiket qaydalarına dair təlimat Akopyan tərəfindən yaxın zamanda dərc edilib. Onun sözlərinə görə, əgər bu sənəddə göstərilən prinsiplər həqiqətən tətbiq olunsaydı, bu cür vəziyyətlər ümumiyyətlə baş verməzdi.

Melikyanın fikrincə, nümayəndə heyətlərində artıq bir neçə dəfə uyğun olmayan davranış halları olub və bu hallar o qədər tez-tez baş verib ki, əsas qaydaları yazılı şəkildə tərtib etmək zərurəti yaranıb.

Anna Akopyan da vəziyyətə münasibət bildirib və onun təlimatını tənqid edənləri “gəzən, danışan və böyük kompleksləri olan insanlar” adlandırıb. O, həmçinin bəzi şəxsləri təlimatda göstərilən prinsipləri öz davranışları ilə uyğunlaşdırmamaqda ittiham edib.

Akopyan Ermənistan mediasını da məsuliyyətsizlikdə günahlandırıb. Onun fikrincə, hakimiyyəti tənqid edən materiallar xaricdə də oxunur və bu cür məqalələrin tərcüməsi digər ölkələrin paytaxtlarına göndərilir ki, bu da Ermənistanın beynəlxalq imicinə zərər verir.

Tarix
2025.02.12 / 12:34
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

Bakıda qadınlarla bağlı maraqlı təkliflər

Bayramov Rebeka Qrinspanla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla