Yuxarı

Ukrayna üçün şad xəbər: Almaniya “qayıtdı”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna üçün şad xəbər: Almaniya “qayıtdı”

Almaniyada parlament seçkiləri bitdi. Fridrix Merz növbəti kansler olacaq.

Axar.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov bu gün Almaniyada baş tutan növbədənkənar parlament seçkilərinin ekzit-poll nəticələrinə istinadla bildirib.

O xatırladıb ki, Bundestaqda 630 yer var və hökumət formalaşdırmaq üçün koalisiyanın 316 yeri olmalıdır:

“Nəticələrə diqqət yetirək (2-3 mandat az və ya çox ola bilər):

- Xristian Demokratik İttifaq (Merz) - 210 yer;

- Almaniya üçün Alternativ (AfD - Vaydel) - 145 yer;

- SPD (Şolts) – 118;

- Yaşıllar (Habek) - 94.

Hazırda ən ciddi ehtimal budur: AfD hökumətdə təmsil olmayacaq, Merz isə kansler olacaq”.

Politoloqun fikrincə, Merzin kansler olması Avropa və Ukrayna üçün həyati vacibdir:

“Merz Ukraynanın silahlanmasında çox fəal rol oynayacaq (“Taurus”lar məsələsini xatırlayın, Merz onları Ukraynaya vermək niyyətindədir). Bundan əlavə, Merz Almaniyanın hərbi güclənməsini və hərbi sənaye kompleksinin sürətli güc toplamasını başladacaq.

Diplomatik cəbhədə də Merz Şoltsdan qat-qat qətiyyətlidir. Polşa və Fransa ilə müttəfiqlik münasibətləri yaxşılacaq, Almaniya Avropanın təhlükəsizliyində fəal rolu üzərinə götürəcək”.

Tarix
2025.02.24 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla