Yuxarı

Rusiya Ermənistanın hava məkanını tamamilə ələ keçirir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin profil komissiyası kollektiv təhlükəsizliyin Qafqaz regionunda vahid hava hücumundan müdafiə sisteminin yaradılamsı barədə sazişin təsdiqi üçün müsbət rəy verib.

Musavat.com erməni mətbuatına istinadən bildirir ki, Ermənistan qanunverici orqanının xarici əlaqələr komissiyası "Rusiya və Ermənistan arasında kollektiv təhlükəsizlik üzrə Qafqaz regionunda hava hücumundan vahid müdafiə sisteminin yaradılması haqqında" sazişin parlamentin gündəliyinə salınması barədə qərar qəbul edib.

Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryanın sözlərinə görə, sazişin məqsədi Qafqaz regionunda HHM sustemini təkmilləşdirməkdir.

Onun sözlərinə görə, HHM-in vahid sisteminə daxil olan qoşunlara ümumi rəhbərlik Rusiya Federasiyası tərəfindən həyata keçiriləcək. Erməni nazir müavini hava hücumundan müdafiənin ayrı-ayrı sistemlərinə Ermənistan ordusunun nəzarət edə biləcəyini söyləyib.

Bununla bərabər o, Ermənistanın hava hücumundan müdafiə sistemi ilə bağlı atacağı addımlara heç bir məhdudiyyət qoyulmadığını da bildirib.

"Biz qarşımıza qoyduğumuz hədəfləri icra edirik, heç kimin də bizi müdafiə edəcəyinə ümid etmirik. Düşünürəm ki bu sazişə bziim öz maraqlarımız prizmasından baxmaq lazımdır" deyə o qeyd edib.

Xatırladırıq ki, Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu və Seyran Ohanyan arasında imzalanan "Rusiya və Ermənistan arasında kollektiv təhlükəsizlik üzrə Qafqaz regionunda hava hücumundan vahid müdafiə sisteminin yaradılması haqqında" saziş 2015-ci-ilin dekabrında imzalanıb.

Tarix
2016.06.03 / 18:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla