Yuxarı

Diversiya əməliyyatına başlayaq - Milli Qəhrəman

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radasının deputatı, Milli Qəhrəman Nadejda Savçenko Ukrayna millətçilərinin liderlərindən biri, Sağ Sektor təşkilatının keçmiş rəhbəri Dmitri Yaroşla görüşüb.

Publika.az xəbər verir ki, bu haqda Dmitri Yaroş özünün Feysbuk səhifəsində yazıb.

Onlar birlikdə Ukrayna hərbi qulluqçularının Avdreyevka şəhəri və Şirokino qəsəbəsindəki mövqelərinə baş çəkiblər.

"Döyüşçüləri hər şeydən əvvəl maraqlandırırdı ki, biz nə vaxt hücuma keçəcəyik. Nadejda Savçenko hesab edir ki, ukraynalıların qanının mümkün qədər az tökülməsi üçün hər şeyi etmək lazımdır. O, diversiya qruplarının köməyilə müharibənin aparılmasını dəstəkləyir", - o qeyd edib.

Yaroş əlavə edib ki, Savçenko poliqonda Ukrayna millətçiləri tərəfindən istehsal edilmiş unikal eksperimental silahı sınaqdan keçirib.

Xatırladaq ki, Donetsk vilayətində rusiyalı jurnalistləri öldürməkdə ittiham olunan Savçenko mart ayında Rusiya məhkəməsi tərəfindən 22 il azadlıqdan məhrum edilmişdi. O, mayın 25-də Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə azad edilib və Poroşenkonun müşayiəti ilə ölkəsinə aparılıb.

Tarix
2016.06.08 / 14:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla