Yuxarı

Toni Bler: “Mənə nifrət edirlər”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin sabiq baş naziri Toni Bler 2003-cü ildə İraqın işğalında əli olmadığını açıqlayıb.

Axar.az xəbər verir ki, "Blumberq" telekanalına müsahibə verən məşhur siyasətçi İşçi Partiyasının solçu lideri Ceremi Korbini tənqid edib:

"Hərbi cinayətkar olmaqda və Səddam Hüseyni devirməkdə günahlandırılıram. Hərbi cinayətkar deyiləm. Yaxşı, bəs Ceremi Korbin nə edib? Suriyada insanların üzərinə çəllək bombaları atılarkən, açlıqdan ölərkən, eləcə dayanır və heç nə etmir".

Keçmişdə verdiyi çətin qərarlar səbəbindən o qədər də sevilmədiyini etiraf edən Bler indiki liderlərin sosial şəbəkə vasitəsi ilə məşhurlaşdığını deyib:

"Mən plakatlar üzərində olan, nifrət edilən adamam. Çətin qərarlar vermişəm. Ceremi isə bu şüarı tutan adamdır. Biri gücün siyasəti, digəri isə etirazın siyasətidir. İngiltərədə Korbin və ABŞ-da Donald Tramp kimi siyasətçilər ictimai media sayəsində yüksəliblər".

Xatırladaq ki, 63 yaşlı Toni Bler 1997-2007-ci illərdə İngiltərənin baş naziri olub. 2003-cü ildə İraqın işğalının əsas memarı olan Bler tez-tez bu əməlinə görə tənqid olunur.

Tarix
2016.06.09 / 10:11
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla