Yuxarı

Rusiyadan faşist erməni abidəsinə - Münasibət

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaregin Njdenin abidəsinin İrəvanda qoyulması bizim üçün anlaşılan deyil.

APA-nın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

"Böyük Vətən Müharibəsinə münasibətimiz bəllidir. Faşizm və nasizmin qəhrəmanlaşdırılmasına da münasibətimiz məlumdur. Ona görə də, bizim üçün anlaşılan deyil niyə görə İrəvanda bu abidə qoyulub. Biz BMT Baş Assambleyasında bu qətnaməni qəbul edərkən Ermənistan bunun lehinə səs verib. Hesab edirik ki, Ermənistanın rəsmi mövqeyi məhz budur", - M.Zaxarova Ermənistanın Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımı şərh edərkən bildirib.

Qeyd edək ki, 2014-cü ildə BMT Baş Assambleyası Rusiyanın təşəbbüsü ilə nasizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə dair qətnamə qəbul edib. Bu ilin mayın 28-də İrəvanda Üçüncü Reyxlə əməkdaşlıq etmiş, SSRİ-yə qarşı düşmənçilik fəaliyyəti göstərmiş Qaregin Njdenin abidəsinin açılışı olub. Açılış mərasimində Ermənistan prezidenti və yüksək vəzifəli şəxslər iştirak ediblər.

Tarix
2016.06.10 / 17:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla