Yuxarı

Məşhur milyarderlə nahar 3.5 milyon dollara başa gəldi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli milyarder Uorren Baffetlə nahar hərracda 3.5 milyon dollara satılıb. Milyarderlə nahar etmək üçün milyonlar sərf edən şəxsin adı isə mətbuata açılanmayıb.

ANS-in məlumatına görə, 3.5 milyon dollara satın alınan milyarderlə nahar Nyu-Yorkun "Smith & Wollensky" restoranında baş tutacaq.

Hərrac San-Fransiskoda bir həftə boyunca keçirilib. Həftənin sonuncu günü 2.8 dollarla başladılan satış 3.5 milyon dollara qədər qalxıb.

İlk bu cür birgə nahar isə 2000-ci ildə satılıb və milyarderlə nahar şansı 25 min dollara alınıb.

Daha əvvəl amerikalı investor-milyarder Uorren Baffetlə birlikdə nahar eləmək hüququ 2014-cü ildə "eBay" internet-hərracında $ 2,17 milyon dollara satılıb.

Qalib "EMES" şirkətindən olan Sinqapur vətəndaşı Endi Çua olub.

2013-cü ildə Baffetlə nahar 1 milyon dollara başa gəlmişdi. Rekord qiymət isə 2012-ci ildə qeydə alınıb - 3 456 789 dollar.

Uorren Baffet "Forbes"un milyarderlər reytinqində üçüncü yeri tutur. O, planetin ən nüfuzlu şəxsləri sırasındadır. Onun var-dövləti 72.2 milyard dollar qiymətləndirilib.

Tarix
2016.06.14 / 15:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla