Yuxarı

30 dəfə satılan qadın İŞİD-dən qaçdı – Dəhşət

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illərin ən dəhşətli qətllərinə imza atan İŞİD terror təşkilatı işğal etdiyi bölgələrdə girov götürdüyü türkman, yezidi, xristian, kürd qadın və uşaqları qul bazarlarında satmağa davam edir.

Axar.az xəbər verir ki, İŞİD-in əlindən qaçmağı bacaran qadınlar girovların İraq, Suriya, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-də satıldığını bildiriblər.

İŞİD-dən qaçmağı bacaranlardan biri də 23 yaşlı Z.X.-dir. O, azı 30 dəfə satıldığını deyir:

"Bizi yaşlı və gənc olmaqla iki qrupa böldülər. Anam və əmim yoldaşının olduğu yaşlı qadınların üstünə benzin tökdülər. Yandırmaq istədikləri vaxt zəng gəldi ki, gəncləri Siba Şeyx Xıdır kəndinə gətirin və sonra qayıdıb qalanları yandırın. Onlar bizi bu kəndə gətirən vaxt anam qaça bilib, atam isə İŞİD-in əlində qalıb. Daha sonra öyrəndim ki, onun başını kəsiblər.

Bizi daha sonra Baje kəndinə apardılar və burada 2 saat qaldıqdan sonra Mosula götürüldük. Burada bizi döyür, bəzi qadınları zorlayırdılar. Bu kənddə 8 gün qaldıqdan sonra 27 qadın Til Sıxar kəndinə satılmaq üçün aparıldıq. 10 gün sonra Til Azir yaxınlığındakı kənddə yaşayan birinə satıldım. Məni satan terrorçu bir müddət sonra özünə azyaşlı qız uşaqları satın aldı. O məni axtarıb tapdı və uşaqlara yemək bişirmək üçün geri apardı. Bu uşaqlara təcavüz edirdilər. Daha sonra məni bir əmir aldı və yolda təcavüz etdi. Bizə davamlı olaraq "sizi Səudiyyə Ərəbistanı və Suriyada satacağıq", deyirdilər. Bir gecə dözə bilmədim və 13 yaşındakı qız uşağını da götürüb qaçdım. Nəhayət, gəlib bir evə çıxdıq. Lakin ev sahibi İŞİD-dən qorxduğu üçün bizi çölə atdı. Ac-susuz küçələrdə gedib peşmərgə qüvvələrinin olduğu yerə çatdıq.

O günlərin geridə qaldığına hələ də inana bilmirəm. Hər dəfə suyumuza sidik qatıb içirdirdilər. Soyuq su ilə işgəncə verirdilər. Bu yaxınlarda hələ də İŞİD-in əlində olan bir dostum mənə zəng vurdu. Hazırda qadınlar oralarda satılmaqda davam edir. Bakirə olanlar 2500 dollara satılırdı. Məni bir dəfə 700 dollara satdılar. Azı 30 dəfə satılmışam. Satışlar minimum 10 dollara qədər düşürdü. Bacım hələ də İŞİD-in əlindədir. Hər gün qaçmağa cəhd etsə də, onu tuturlar. Hələ də şokdayam. Yaşadıqlarımı unuda bilmirəm".

Tarix
2016.06.15 / 10:26
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla