Yuxarı

Gözləri qorumaq üçün nə etmək lazımdır?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hansısa bir şəxsdə Herpes Simplex virusu (göz uçuğu) varsa, bu xəstəlik soyuq aylarda aktivləşir.

Bunu Report-a həkim-oftalmoloq Elşən İbrahimov deyib.

Onun sözlərinə görə, soyuq hava sağlam gözə zərər vermir: "Ümumiyyətlə, soyuq havada çox qalmadığımızdan gözləri xüsusi qorumağa ehtiyac yoxdur. Kompüter və telefon gözlərin yorulmasına gətirib çıxarır. Hətta kompüter və telefondan çox istifadə edilməsi uşaq və gənclərdə bəzi pozulmalar yarada bilər. Ona görə də gözləri çox yormaq doğru deyil. Uzun müddət kompüterdə oyun oynamaq, hansısa bir məqalə oxumaq gözdə yorğunluq yaradır. Bu da baş ağrısı, gözdə sulanma kimi şikayətlərə yol açır".

Həkim-oftalmoloq bildirib ki, bu cür problemlər yaşanmaması üçün 30-40 dəqiqədən bir kompüterin qarşısından durmaq, gözlərə istirahət vermək lazmdır: "Artıq məktəbdə də dərslər kompüter üzərindən izah olunur.

Kompüterlər həyatımızın ayrılmaz hissəsidir. Ondan istifadə etməmək mümkün deyil. Ona görə də istifadə müddətinə əməl olunmalıdır. Müəyyən aralıqlarla kompüterin qarşısından ayrılmaq və pəncərə qarşısında uzaq məsafələrə baxmaq lazımdır. Gözlərin görmə keyfiyyətini artırmaq üçün A vitamini qəbul etmək lazımdır. Gözlər üçün faydalı olan Omeqa-3 balıqda, yumurtanın sarısında var".

E.İbrahimov həmçinin vurğulayıb ki, linzalardan istifadə edərkən mütləq gigiyenik qaydalara əməl etmək lazımdır.

Tarix
2017.02.11 / 16:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla