Yuxarı

Xəstəxanadan kənar abort: cərimə 5 dəfə artırılır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda həkimin tibb müəssisələrindən kənarda abort etməsinə görə cəza ağırlaşdırılır.

Report xəbər verir ki, Cinayət Məcəlləsinə əsasən, həkim tərəfindən kənarda abort etməyə görə 200 manatadək miqdarda cərimə və ya altı ayadək müddətə islah işləri ilə cəzalandırılır. İndi isə cərimən məbləğinin 500 manatdan 1000 manatadək artırılması təklif edilir.

Bundan başqa, xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməyə görə də cərimənin miqdarı artırılır. Belə ki, indiyədək 300 manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılırdı. Təklifə əsasən isə cərimənin məbləği 1000 manatdan 1500 manatadək artırılır.

Cinayət Məcəlləsinə əsasən, zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda 300 manatdan 500 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Burada qeyd olunan cərimənin məbləği 2 min manatdan 3 min manata qədər artırılması təklif edilir.

Tarix
2017.03.27 / 15:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla