Yuxarı

Ağciyər xərçəngini yaradan əsas səbəb budur

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illərdə ən sərt müxalifəti olan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsini dəstəkləyirəm.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanda siqaret çəkənlərin və getdikcə tütün məmulatlarından istifadə edən gənclərin artması ciddi narahatlıq doğurur:

“Siqaret çəkməyən insanlar getdikləri bütün qapalı və ictimai yerlərdə siqaretin zərərli təsirinə məruz qalır. Siqaretdən istifadə etməyən insanlarımızı və uşaqları qapalı, ictimai yerlərdə siqaretin zərərli təsirinə məruz qalmaqdan qorumalıyıq. Bu məsələ qanunda geniş əks olunub.

İkincisi, siqaretdən istifadə edənlərin bir çoxu bu məhdudlaşdırma nəticəsində siqaretdən istifadəni azaldacaqlar. Qardaş Türkiyədə bu qanunun qəbul olunmasından bir neçə ay sonra aparılmış araşdırmalar bunu deməyə əsas verir”.

Millət vəkili qanun layihəsinə bəzi təkliflərini də irəli sürüb:

“Siqaret kimi qəlyan, sulu qəlyanların çəkilməsi də qapalı və ictimai yerlərdə məhdudlaşdırılmalı, onlar ayrıca ayrılmış qapalı və lazımı təmizləyici mexanizmlər quraşdırılmış otaqlarda istifadə edilməlidir. Çünki qəlyanlar da siqaret qədər zərərlidir. İnkişaf etmiş dövlətlərdə olduğu kimi, idxal olunan və ya ölkəmizdə istehsal olunan siqaret məhsullarının qutuları üzərində siqaretin insan orqanizminə zərərli təsiri barədə məlumat və fotolar siqaretin üz qapağının ən azı 30 faizini əhatə etməlidir”.

Deputat cərimə və cəzalarla bağlı məsələyə də toxunub:

“Özəlliklə azyaşlı uşaqlara siqaretin satılmasına qarşı ciddi cəza mexanizmlərinin qanun layihəsində olması çox vacibdir. İnsanlar tütün məhsulları adlı bu gizli və təhlükəli ölüm daşıyıcısı barədə daha geniş məlumatlı olmalıdırlar. Ağciyər xərçəngini, ürək-qan damar və tənəffüs yolları xəstəliklərini ən çox yaradan səbəb elə tütün məhsullarıdır. İnanıram ki, cəmiyyətimiz də bu qanun layihəsinin qəbulundən sonra onun həyata keçməsinə aktiv dəstək verəcək”.

Tarix
2017.04.14 / 18:24
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla