Yuxarı

Əriyin saysız-hesabsız faydaları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ən faydalı meyvələrdən olan ərik bir çox orqan və sistemlərin sağlamlığını qoruyur.

Axar.az Sağlamolun.az-a istinadən əriyin insan orqanizminə faydaları haqqında məlumatı təqdim edir:

1. Kaliumla zəngin olan ərik ürək üçün olduqca faydalıdır. Ürəyin fəaliyyətini yaxşılaşdırır, ödemləri azaldır, arterial təzyiqi və ürək ritmini tənzimləməyə kömək edir.

2. Sidikqovucu effektə görə ərik həmçinin böyrəklər üçün də çox faydalıdır.

3. Ərik bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır. Bu mənada ərik qurusu xüsusilə effektlidir. Axşamdan 4-5 ərik qurusunu ilıq suda isladın və səhər meyvələri yeyin və suyu için. Bu ziyansız və effektli təbii işlədici dərmandır.

4. Beta-karotinlə zəngin olan ərik görməni və dərinin vəziyyətini yaxşılaşdırır.

5. Ərik beyinin fəaliyyətini yaxşılaşdırır, yaddaşı möhkəmləndirir.

6. Ərik qanın tərkibinə müsbət təsir edir, qanazlığı zamanı faydalıdır.

7. Flavonoidlərlə zəngin olan ərik damarların sağlamlığını qoruyur, varikoz xəstəliyi zamanı və bu xəstəliyin profilaktikası üçün çox faydalıdır.

8. Qidalı liflər və pektinlə zəngin olan ərik qanda xolesterinin səviyyəsini aşağı salır, orqanizmi ziyanlı maddələrdən təmizləyir.

9. Ərikdə olan beta-karotin orqanizmdə A vitamininə çevrilir. A vitamini qocalmanı ləngidən, xroniki xəstəliklərin inkişafından qoruyan ən güclü antioksidant sayılır.

Tarix
2017.06.19 / 01:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Böyük Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla