Yuxarı

Türkiyə, İsrail qəbul etmədi, bizim həkim isə öldürdü

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda "Grand Hospital”da həkim səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından komaya düşən və 5 gün sonra dünyasını dəyişən 20 yaşlı Ayşən Mirzəyeva ilə bağlı bəzi məqamlar məlum olub.

Mərhumun qohumlarının Axar.az-a verdiyi məlumata görə, damarın hemangioması diaqnozu ilə əməliyyata girən A.Mirzəyeva bu əməliyyatdan öncə Türkiyə, İran, İsrail həkimlərinə də müraciət edibmiş. Şamaxı şəhərində yaşayan ailə müalicə üçün xaricə üz tutsa da, türkiyəli, iranlı və israilli həkimlər əməliyyatı boyunlarına götürməyiblər. Təhlükəli əməliyyat olduğunu bildirərək həkimlər bu riskə getməyiblər.

Ailə bildirib ki, “Grand Hospital”ın həkimi invaziv radioloq İlqar Hüseynov əməliyyatı boynuna götürüb və ailəni arxayın edib ki, əməliyyatı uğurla yekunlaşdıracaq. Həkim ailəyə həmin hissəyə gedən damarın bağlanılacağını, bununla da problemin həll olunacağını bildirib.

Ailə üzvlərinin sözlərinə görə, narxozsuz həyata keçirilən əməliyyat zamanı xəstədə qıcolma baş verib. Vəziyyətin pisləşdiyini görən həkim xəstəyə dərhal narxoz verib. Bundan sonra xəstə komaya düşüb və ayılmayıb. Ailəni ən çox narahat edən məqam isə övladlarının komaya düşməsi ilə bağlı onlara 2 sutka sonra məlumat verilməsi olub.

Ailənin ortancıl övladı A.Mirzəyevanın ölümünə səbəb olan həkim İ.Hüseynov isə hələ də tapılmayıb.

Xatırladaq ki, Ayşən Mirzəyeva noyabr ayının 30-da "Grand Hospital"da damarın hemangioması diaqnozu ilə əməliyyata alınıb. Əməliyyatı invaziv radioloq İlqar Hüseynov aparıb. Proses zamanı damarın bağlanılması üçün istifadə olunan material Ayşən Mirzəyevanın beyninə gedib və qız komaya düşüb. 5 gün komada qalan 20 yaşlı gənc dünən dünyasını dəyişib.

Tarix
2017.12.06 / 16:39
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla