Yuxarı

Təhlükə: istifadə etdiyimiz duzlar heyvan dərisini...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün əmtəə bazarında olan duzların təxminən 10-12 faizindən çoxu saxtadır.

Bunu Axar.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib. Ekspertin sözlərinə görə, heyvan dərisi aşılamaq, yollara səpilmək üçün nəzərdə tutulan duzlar sexlərə göndərilərək qablaşdırılır və satışa çıxarılır:

“Yeyilməsi nəzərdə tutulmayan belə duzlar xarici, bəzən də yerli malların əmtəə nişanı altında qablaşdırılır. Belə duzlar heç ağır metallardan da təmizlənmir. Bizim İctimai Birliyə Bakı ərazisində saxta duzların hazırlandığı ünvanlar bəllidir, bu barədə məlumatlıyıq. Lakin müdaxilə imkanımız yoxdur. Müdaxilə edilməsi üçün müxtəlif dövlət orqanlarına xəbərdarlıq etmişik, ünvanları bildirmişik. Lakin görünür, tədbir görülməyib”.

Eyyub Hüseynov problemlə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qarşısında məsələ də qaldırdığını bildirib:

“Prezidentin “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Qanuna etdiyi dəyişikliyə əsasən, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi iyulun 1-dən yodlaşdırılmış duzun keyfiyyət və təhlükəsizlik göstəricilərinin standart və tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə duzdan götürülmüş nümunələrin ekspertizasını həyata keçirməli idi. Nəticələr barədə heç bir məlumatım yoxdur. Ancaq bizim İB agentliyə duzla bağlı müraciət ünvanlayıb”.

Ekspert bildirib ki, Azərbaycanda Masazır duz gölü istismar olunandan sonra orada müasir tələblərə uyğun duz zavodu tikilib:

“Azad İstehlakçılar İctimai Birliyi hətta YUNİSEF-lə birgə orada monitorinq aparıb. Bu monitorinqlərimiz mütəmadi olaraq keçirilir. Bu müasir zavodda duz ağır metallardan təmizlənir və standartlara uyğunlaşdırılır. Təmiz, keyfiyyətli duz məhz elə olmalıdır”.

E.Hüseynov vurğulayıb ki, bu gün şikayət daxil olan duzların hamısı heç də yerli duzlar deyil. Kənar ölkələrdən də Azərbayacana standartlara uyğun olmayan yodlaşdırılmamış duzlar gətirilir:

“Xüsusən, çörək və pendir sexlərində bu cür təhlükəli duzlardan istifadə olunur”.

Xatırladaq ki, Prezident İlham Əliyev “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Qanunun icrasının təmin edilməsi barədə fərmana bu ilin may ayında dəyişiklik edib.

Dəyişikliyə əsasən, AQTA iyulun 1-dən yodlaşdırılmış duzun keyfiyyət və təhlükəsizlik göstəricilərinin standart və tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə duzdan götürülmüş nümunələrin ekspertizasını həyata keçirməlidir.

Tarix
2018.09.05 / 15:24
Müəllif
Nigar, Büllurə
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla