Yuxarı

Məcburi köçkünlər üçün ödənişsiz göz müayinəsi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Dünyagöz” xəstəxanalar qrupunun Bakı təmsilçiliyi bu il 31 oktyabr-1 noyabrda Heydər Əliyev Fondunun təşəbbüsü, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə salınmış "Qobu Park” yaşayış kompleksində məcburi köçkünlər üçün ödənişsiz göz müayinəsi təşkil edəcək.

Axar.az xəbər verir ki, humanitar tibbi aksiyanın məqsədi məcburi köçkünləri müayinə edərək onların oftalmoloji problemlərini aşkara çıxarmaq və həllinə kömək göstərməkdir. Müayinəni xəstəxananın azərbaycanlı və türkiyəli həkimlərdən ibarət tibbi heyət aparacaq. Məcburi köçkünlər müalicəsi daha çətin olan və cərrahiyyə əməliyyatı tələb edən xəstəliklərin "Dünyagöz”də müalicəsi imkanları barədə məlumatlandırlacaq və onlara müvafiq göndərişlər veriləcək.

Ödənişsiz tibbi aksiya oktyabrın 31-də saat 11:00-da başlayacaq.

Humaninar aksiyanın məcburi köçkünlər yaşayan digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub.

Tarix
2018.10.30 / 17:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla