Yuxarı

Taleyi sizin əlinizdə olan ana üçün – Çağırış/Foto

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abbasova Aynurə Arif qızı "posthipoksik ensefalopatiya" diaqnozu ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasında yerləşdirilib.

Axar.az-a yaxınları tərəfindən göndərilən məktubda tam sağalma şansı olan gənc Aynurə üçün yardım aksiyasına başlandığı xəbər verilib. Aynurənin yaxınları aksiyaya dəstək olmağa çağırır.

29 yaşlı Aynurə uşaq dünyaya gətirərkən bu vəziyyətə düşüb. Uşaq ölü doğulub. O, boğazına yerləşdirilən traxeostomik boru ilə nəfəs alır, vegetativ vəziyyətdədir, danışmır, kontakta girmir, ətrafa qarşı laqeyddir.

2014-cü il aprelindən bu halda olan Aynurənin 6 yaşlı bir oğlu var. Lakin uşağın ala biləcəyi psixoloji travmaya görə anası ilə görüşməyə icazəsi yoxdur. Hazırda xəstəxanada anasının nəzarətində olan Aynurənin sağalma şansı var.

Ailənin maddi vəziyyəti qənaətbəxş olmadığına görə o, 1 il 2 aydır yataq vəziyyətindədir. Aynurəni normal həyata qaytarmaq, onu övladına qovuşdurmaq aylıq 4000 manat xərci olan müalicədən asılıdır. Bir neçə ay davam edən müalicə ilə o yenidən ayağa qalxa, tam sağala bilər.

Bankın adı: "Kapital Bank" ASC-nın 1 saylı Sumqayıt şəhər filialı

VÖEN: 9900003611

KOD: 200253

Müxbir hesab: AZ37NABZ01350100000000001944

S.W.I.F.T. : AIIBAZ2X

Hesab: AZ77AİİB38010019442507026125 - Əliyeva Fatimə Hüseyn Qızı (Aynurənin anası)

Yardım etmək istəyənlər Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinə müraciət edə bilər.

Ünvan: Sumqayıt şəhəri, Mehdi Hüseynzadə küçəsi - 7. (Mülki-müdafiə idarəsinin yanı)

Telefon: (018) 655-67-41

Tarix
2015.06.30 / 13:34
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla