Yuxarı

Anar Niftəliyev: "Nazirliyin qarşısında aksiya keçirəcəyik"

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anar Niftəliyev: "Nazirliyin qarşısında aksiya keçirəcəyik"

"Hadisəyə bu cür soyuqqanlıqla yanaşmağı qəbul edə bilmirəm"

"Səhiyyə Nazirliyi ölüm hadisəsini ört-basdır etməyə çalışır",- bu sözləri "Qaynar.info"ya jurnalist Anar Niftəliyev həyat yoldaşı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı ekspertiza rəyinin gizlədilməsinə münasibət bildirərkən deyib.

Anar Niftəliyevin sözlərinə görə, Səhiyyə Nazirliyinin Elnarə Tofiqqızının ölüm hadisəsin ilə bağlı tutduğu mövqe heç də anlaşılan deyil: "Yumşaq desək, qətl hadisəsini ört-basdır etməyə yönələn bir şeydir. Cinayət işi qaldırılan zamandan, sentyabrın 25-dən müraciət etmişəm ki, bu həkimlər cinayət işi başa çatana kimi həkimlik fəaliyyəti ilə məşğul olmasınlar. Baş Prokurorluqdan bildirdilər ki, bu, Səhiyyə Nazirliyinin tabeliyində olan bir məsələdir. Səhiyyə Nazirliyi bununla bağlı araşdırmalar apardığını desə də, artıq bir aydan çox keçməyinə baxmayaraq, heç bir cavab vermir. Heç bir cavab verməmələri bir tərəfə, dünən mətbuat xidmətləri ilə əlaqə saxlamışam. Deyirlər ki, bizə bu haqda heç bir məktub daxil olmayıb. Bu məsələni Azərbaycan mediası daima nəzarətdə saxlayır, çünki rəhmətə gedən adam tənqidçi, alim idi, bir universitetin dekanı idi. Bütün bunlara baxmayaraq, Səhiyyə Nazirliyinin mətbuat xidməti bütün bu yazıları ya görmür, ya da görməzdən gəlir. O həkimlər indi də öz fəaliyyətlərini davam etdirməklə məşğuldular. Onlara heç bir məhdudiyyət yaradılmayıb. Bu da onların növbəti qətl törədəcəklərini istisna etmir".

Anar Niftəliyev həmçinin bildirib ki, Səhiyyə Nazirliyi bu məsələdə ictimai diqqət olduğundan ekspertizanın rəylərini açıqlayacağını demişdi: "Amma bir neçə gün bundan qabaq bildirdilər ki, bunu açmağımız istintaq sirrinə zidd olar. Əslində isə heç bir istintaq sirrindən söhbət getmir. Çünki ortada Rafiq Tağı məsələsi var. O da həkim nəzarətində olan zaman vəfat etmişdi. Amma bütün məlumatlar vaxtı-vaxtında cəmiyyətə açıqlanırdı. Baxmayaraq ki, Baş Prokurorluq o zaman da cinayət işi açmışdı. Yəni indiki zamanda Səhiyyə Nazirliyinin tutduğu mövqe məni kifayət qədər narahat edir".

Anar Niftəliyev atacağı addımlardan da danışıb. O, bildirib ki, bu addımlardan biri də Səhiyyə Nazirliyi önündə aksiya keçirməkdir: "Dünən ümumi şöbəyə müraciət edərək, səhiyyə naziri ilə görüşmək istədiyimi bildirdim. Rəsmi olaraq, sabah ərizə ilə müraciət edəcəm. Gələn həftə isə nazirlə görüşməyə çalışacam. Əgər bu görüş ləngidilsə və təxirə salınsa, mən müxtəlif aksiyalara əl atacağam. Belə bir hadisəyə bu cür soyuqqanlı yanaşmağı qəbul edə bilmirəm".

Xatırladaq ki, Elnarə Tofiqqızı sentyabrın 20-də Bakıdakı "MediSina" Tibb Mərkəzində cərrahiyyə əməliyyatına hazırlıq zamanı keçinib. Tənqidçinin ölümü ilə bağlı cinayət işi açılıb. Nəsimi Rayon Prokurorluğu işi Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə araşdırır. Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin ilkin rəyində Elnarə Tofiqqızının ölümünün səbəbi kimi həkimlərin məsuliyyətsizliyi göstərilib.

Tarix
2013.10.24 / 14:31
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla