Yuxarı

Payız depressiyasından çıxmağın ən uyğun yolu budur

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Payız depressiyasından çıxmağın ən uyğun yolu budur

İnsanın psixoloji vəziyyəti qidaların tərkibindəki faydalı amin turşularından asılıdır.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, amin turşuları bədəndə serotonin və endorfin hormonlarının ifraz olunmasına birbaşa təsir edir.

Diyetoloq Marqarita Koroleva payız depressiyasından qorunmağın yollarından danışıb:

“Payızda bir qayda olaraq depressiv əhval-ruhiyyə hakim kəsilir, günlər qısalır və bədəndə yayda olduğu qədər serotonin ifraz olunmur. D vitamini də artıq isti günlərdə olduğu qədər istehsal olunmur. Belə olan halda əhvalınızı yüngül səhər yeməyi ilə qaldırın, rasiona yalnız taxıl məhsulları deyil, meyvələr də daxil ola bilər”.

Diyetoloq səhər qəhvəsini bitki çayları ilə əvəz etməyi, alma cemi ilə qara çörək yeməyi tövsiyə edir.

M.Koroleva günortadan sonra giləmeyvə mürəbbəsi ilə balqabaqlı pankek və ya balqabaq yeməyi, naharda isə göbələk və ya tərəvəzli şorba yeməyi məsləhət görür. Həkim əsas yeməyə tərəvəz qarniri əlavə etməyi, yaxud da çuğundur, yerkökü, kərəviz və xiyar ilə ət salatı hazırlamağı təklif edir. Mütəxəssis həmçinin qeyd edir ki, payızda şəkərsiz isti kompotlar, giləmeyvə cövhərləri və ya təmiz su içmək daha yaxşıdır.

Tarix
2021.09.19 / 02:15
Müəllif
Axar.az
Digər xəbərlər

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla