Yuxarı

Ürək xəstəliyinin 7 göstəricisi...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ürək xəstəliyinin 7 göstəricisi...

Ürək xəstəlikləri dünyada ən çox rast gəlinən ölüm səbəbləri arasında yer almaqdadır. Ürək problemləri əsasən sinə ağrısı, nəfəs darlığı kimi şikayətlərlə qeydə alınır. Bəs bu xəstəliyin bilinməyən digər səbəbləri hansılardır?

Axar.az Teleqraf.com-a istinadən ürək xəstəliklərinin 7 səbəbini təqdim edir:

Sinə ağrıları

Sinə ağrıları baş verən zaman ilk olaraq ürəkdə hansısa problemin olması ağla gəlir. Lakin bir çox başqa səbəblər də bu ağrıya səbəb ola bilər. Ürək damar tıxanıqlığı ilə əlaqəli olan sinə ağrısı adətən stress yaşadıqda və ya yemək yedikdən sonar qeydə alınır. Yəni, ürəyin yükü artdığı zaman bu hal ortaya çıxır. Ağrı dəqiqələrlə davam etsə də, səngiyir.

Nəfəs darlığı

Adətən gecələr qeydə alınır. Ürək problemləri olanlar nəfəs darlığı səbəbilə gecələr düz yata bilmir, hündür yastıqda yatmağı üstün tuturlar.

Çırpınma

Ürək döyüntüsü sürətlənir və nizamsızlıq yaranır. Bu föyüntülər anormal şəkildə sinədə hiss edilir. Əlavə olarak tərləmə şikayətləri başlayır, hətta huşunu itirmək kimi hallar qeydə alınır. Bu əlamətlər ürək xəstəliklərinin xəbərçisi ola bilər.

Tez yorulmaq

Tez yorulmağın bir çox səbəbləri olsa da əksər hallarda ürək çatışmazlığının əlaməti kimi qeydə alınır. Xüsusilə yaşlılarda və əvvəlcədən bilinən ürək damar tıxanıqlığı və ya ürək qapaq xəstəliyi olanlardamüşahidə olunur.

Huşunu itirmək

Ürək xəstəlikləri və ya ürək döyüntüsünün nizamsızlığı ilə əlaqəli ola bilər. Huşunu itirmə kimi hallar adətən qısa müddətli olur. Ani baş verir. Bəzən xəstə tamamilə şüurunu itirir.

Şişkinlik

Ürək çatışmazlığı ilə bağlı olaraq bədəndə su və duz toplana bilər. Gündüz toplanan qədərindən artıq su ve tuz səbəbilə gecə saatlarında tez-tez sidiyə çıxma kimi hallar baş verir.

Siyanoz

Bu hal adətən əl, ayaq barmaqlarında və dodaqlarda qeydə alınır. Məsamələrdə kifayət qədər oksigen olmadığına görə mavi rəng tonlarında ləkələr yaranır. Doğuşdan sonar yaranan ürək xəstəlikləri, ağır ürək çatışmazlığı və ürək qapaq xəstəlikləri səbəbilə yarana bilsə də, ağciyər xəstəlikləri də bunun əlaməti ola bilər.

Tarix
2021.10.18 / 01:42
Müəllif
Axar.az
Digər xəbərlər

“ABŞ çökəcək” deyən müdrik deputatımıza xatırlatma...

İranda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Trampın Putinə təcili zənginin məqsədi - Markov

XİN-dən təxliyə edilən vətəndaşlarımızla bağlı açıqlama

Dünyanın 25 ən böyük ordusu açıqlandı - Siyahı

Meksikanın İrandakı səfiri: İşimizi Bakıda davam etdirəcəyik

Hakan Fidan Ceyhun Bayramovla nələri müzakirə edib?

Bu ölkənin diplomatları və ailə üzvləri İrandan təxliyə olundu

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

Pezeşkiandan yeni liderin seçilməsinə reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla