Yuxarı

Ürəklə bağlı dərmanlar nə vaxtdan pulsuz olacaq? - Rəsmi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ürəklə bağlı dərmanlar nə vaxtdan pulsuz olacaq? - Rəsmi

Xəbər verdiyimiz kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev ürək-damar xəstəlikləri ilə bağlı dərman vasitələrinin resept əsasında icbari tibbi sığorta tərəfindən qarşılanmasının nəzərdə tutulduğunu açıqlayıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Axar.az-a bildirilib ki, ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin mərhələli qaydada icbari tibbi sığorta ilə qarşılanması nəzərdə tutulub:

“Tibbi sığorta haqqında” Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunduğundan dərman təminatına bu ilin 2-ci yarısında başlanılması nəzərdə tutulub. 2025-ci ilin ikinci yarısından ürək-damar sistemi xəstəlikləri, növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin sığortaya daxil edilməsi planlaşdırılır.

Təmin ediləcək dərmanların müddəti isə həkim müayinəsindən sonra müəyyən olunacaq. Çünki həkim qəbulundan sonra həmin dərmanların istifadəsinə ehtiyac qalmaya və ya başqa dərmanlarla əvəz oluna bilər. Ona görə də müayinədən sonra lazım olduğu təqdirdə dərman təminatının edilməsi planlaşdırılır”.

Tarix
2025.05.05 / 16:38
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla