Yuxarı

İlham Əliyev italiyalı şirkət rəhbəri ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev italiyalı şirkət rəhbəri ilə görüşdü

16:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də İtaliyanın “Danieli & C. Officine Meccaniche S.p.A” şirkətinin idarə heyətinin rəhbəri və baş icraçı direktoru Gianpietro Benedettini qəbul edib.

Axar.az xəbər verir ki, İtaliyanın “Danieli & C. Officine Meccaniche S.p.A” şirkətinin idarə heyətinin rəhbəri və baş icraçı direktoru Gianpietro Benedetti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanda metallurgiya sənayesinin inkişafına göstərdiyi böyük diqqəti məmnunluqla xatırlayıb.

O, Bakıda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Gianpietro Benedetti Azərbaycanda metallurgiya sənayesi ilə bağlı planlaşdırılan birgə layihələr barədə Prezident İlham Əliyevə məlumat verib. Qonaq bildirib ki, bu layihələrin həyata keçirilməsi nəticəsində Sumqayıt şəhərində 5 iri metallurgiya zavodunu özündə birləşdirən nəhəng metallurgiya klasteri yaranacaq. Bu klasterlərin yaranması Daşkəsən filizsaflaşdırma müəssisəsinin də tam gücü ilə işləməsinə şərait yaradacaq və Azərbaycanda metallurgiyanın xammaldan tutmuş müxtəlif çeşidli ən son məhsullara qədər vahid dəyər zəncirinin yaranmasını təmin edəcək. Gianpietro Benedetti onu da bildirib ki, bütün bu layihələrin özəl investisiya olaraq investorlar və Avropanın aidiyyatı bankları tərəfindən mailiyyəşdirilməsi nəzərdə tutulur.

Azərbaycanda sahibkarlar üçün gözəl şəraitin mövcud olduğunu deyən dövlət başçısı ölkəmizin xarici investorların cəlb edilməsində maraqlı olduğunu bildirib. Prezident İlham Əliyev investorların və bütün sahibkarların maraqlarının qorunması üçün zəruri tədbirlərin dövlət tərəfindən bundan sonra da görüləcəyini deyib.

Tarix
2016.12.15 / 17:59
Müəllif
Axar.az
Digər xəbərlər

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

Zaxarovanın Heydər Əliyevlə bağlı bu cəhdi qəbuledilməzdir!

Sülh müqaviləsinin mətnini razılaşdırmışıq, amma...

Szinpin İlham Əliyevi təbrik etdi

Bakı bununla bağlı İrəvana xəbərdarlıq edib - Mirzoyan

Prezident Şahbaz Şərifi təbrik etdi

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla