Yuxarı

17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu - Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu - Təfərrüat

09:08

Bakının Suraxanı rayonunda 17 yaşlı oğlan anasını bıçaqlayıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Ramana qəsəbəsinin C.Qaşqay küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü D.Qurbanova 17 yaşlı oğlu tərəfindən bıçaqlanıb. Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurduğu bildirilir.

Ağır xəsarətlər alan qadın təcili tibbi yardım vasitəsilə akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

***

Bakının Suraxanı rayonunda anasını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ş.Qəhrəmanov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar aparılır.

***

Bakıda yeniyetmənin anasına 12 bıçaq zərbəsinin vurmasının təfərrüatı məlum olub.

Hadisə gecə saatlarında baş verib.

Belə ki, nənəsigildə qalan yeniyetmə qəfil anası ilə birgə yaşadığı evə qayıtmalı olur.

Məlumata görə, yeniyetmə evdə yad adam görüb. Buna görə o, əvvəlcə həmin şəxsi döyüb. Bundan sonra isə anasına ardıcıl olaraq 12 bıçaq zərbəsi vurub.

Tarix
2026.09.19 / 15:58
Müəllif
Axar.az
Digər xəbərlər

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla