Yuxarı

"Azərbaycandakı bu mühit yüksək qiymətləndirilir"

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin və komitənin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycanda müxtəlif dini konfesiyaların tarixən sülh şəraitində yaşadığını diqqətə çatdıraraq, yəhudi icmasının əsrlər boyu ölkəmizdə mövcud olduğunu bildirib. O, multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olduğunu deyib, ölkəmizin beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə töhfəsini verdiyini və bu xüsusda, BMT-nin Sivilizasiyalar Alyansının VII Bakı Forumu və Beynəlxalq Humanitar Forum kimi mötəbər tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.

Devid Harris Azərbaycanda tarixən mövcud olan tolerantlıq mühiti, yəhudi icmasına göstərilən dəstək və qayğının yüksək qiymətləndirildiyini qeyd edib.

Görüşdə, həmçinin Azərbaycanın Amerika Birləşmiş Ştatları və İsrail ilə əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Tarix
2017.01.30 / 23:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla